Hökumət vətəndaşı Allaha asi çıxardı

DSC02827Heydər Əliyev sarayının qonşularını zorla köçürürlər

Ədalətli kompensasiya tələb edən vətəndaşlar şantajla qorxudulub

Respublika sarayı ilə Füzuli meydanı arasında yerləşən (keçmiş Basin küçəsi boyunca) evlərin sökülüb həmin ərazidə “Qış bulvarı” salınacağı haqda xəbər vermişdik. Ərazinin saraya yaxın hissəsində söküntü işi aparılıb yer düzlənsə də, lap tində, dörd bir yanı uçurulan bir binada hələ də yaşayışını davam etdirən ailələr var. Bu ailələrin inadkarlığına səbəb nədir? Onlar niyə köçmək istəmir? Bu və başqa suallara cavab axtarmaq üçün dünən həmin ünvana baş çəkdim.

“Həyat eşqi”

DSC02823Söküntü aparılan yerlər adda-budda dəmir lövhələrlə çəpərlənib. Çəpərlərdəki yazılardan da bilinir ki, “ərazidəki təmir və yenidən qurma işlərini” Bakı Şəhər İcra Hakimiyyəti aparır. Müqavimət göstərən binanın beş metrliyində ekskovator dayanıb. Ekskovatorda oturub sakitcə krossvord həll edən traktorçu yada Cek Londonun “Həyat eşqi” hekayəsini saldı. Canavar öz şikarının ölüm anını gözləyir ki, onu parçalasın… Traktorçuyla söhbət az sonra oxuyacaqsınız, hələlik müqavimət göstərən ailələrdən birinin sahibini dinləyək.

“Evimizi uçuranlar bəlaya gəlsin, deyə, nəzir vermişəm”

DSC02828O, qətiyyətlə adını demək istəmir, səbəb ölkədəki total xofdur: “Dörd oğlum var. Başlarına oyun gətirərlər. Dövlət işində işləyirlər”. Həmsöhbətim mətbuatın ona yardım göstərəcəyinə də inanmır: “”BBC”-dən belə gəlib buranı çəkdilər, heç bir xeyri olmadı. Bunlar azğın adamlardı. 40 ildir bu evdə yaşayırıq, indi bizi zorla çölə atırlar. Mən bir Allaha inanırdım, daha ona da inanmıram. Nəsiyət ağanın, Mirmövsüm ağanın ocaqlarına nəzir-niyaz apardım ki, bizi bu vəziyyətə qoyanlara öz hökmünü göstərsin. Hanı bəs? Pilləkənlərimizi qırıblar, qonşu divarları traktorla elə uçururlar ki, evdə dəli oluruq. Bu nə zülmdür, dərdimizi də deməyə yer tanımırıq”.

“Bomj”lar bizə qənim kəsilib”

DSC02829Danışdığım bir xanım mənzili ikinci mərtəbədədir. Onun yan və alt qonşuları köçüb. Bu isə burda qalan üç ailəyə ağılasığmaz problem yaradıb: “Bakının bütün “bomc”ları gəlib burda boşaldılan otaqlarda qalırlar. Onların zülmündən səhərə qədər “decurnı” dururuq. Nə edək, səhərə qədər ocaq qalayırlar, evimizə od düşüb eləyər”.

İlham Əliyevin nədən xəbəri var

Köçməkdən imtina edilməsinə gəlincə, öyrənirəm ki, bunun səbəbi meriyanın ədalətsizliyidir. Binada yaşayanlara evlərinin hər kvadratına görə 1500 manat pul verilir. Bu məbləğ isə həmin ətrafda olan bazar qiymətlərindən azı altı dəfə aşağıdır. Xatırladaq ki, ötən aylarda köçürülən evlərin kvadrat metrinə 2000-2500 manat ödənilib. Qiymətin birdən-birə az qala 50 faiz enməsi sakinlərin də izah verə bilməyəcəyi işdir. Görünür, söküntüyə ayrılan pullar da korrupsiyaya yem olub. Evi ekskovatorla baş-başa qalan sakinlərdən biri “bu işlərdən ilham Əliyevin xəbəri yoxdur” deyəndə, onun yumor hissinə heyranlığımı bildirdim, amma “suda boğulan saman çöpündən yapışar” düşüncəsindən də özümü saxlaya bilmədim.

Ekskovatorçunun ürəyi və it zülmü…

DSC02827Bir ay əvvəl aparılan köçürülməylə bağlı burda yaşayan adamlardan dəhşətli faktlar eşitdim. Məsələn, evindən çıxmaq istəməyən bir yaşlı və tənha qadını zorla kənara çəkərək gözünün qabağında evini dağıdıblar. Daha bir ailəni isə “gəlin danışıq aparaq” hiyləsi ilə evdən kənara çağırıblar. Ev yiyələri geri dönəndə, təsəvvür edirsiniz də, hansı mənzərəylə qarşılaşıblar… fəhlələr Roma əsgərlərinin istila etdikləri şəhərləri qarət etdikləri kimi evin əşyalarını küçəyə tullayırmışlar.
Dörd aydır qeyd edilən ünvanda dağıdıcılıq işləri ilə məşğul olan traktorçu ilə söhbətimiz maraqsız keçmədi.
- Sənətkar, bilirsən, burda hamı sənə onların evini sökdüyün üçün qarğış edir?
- Hə, bilirəm… Mənim üzümə söyürlər.
- Necə təsir edir sənə?
- Mən neynəyim? Mən kiməm ki… Məsəl var e, deyir, eşşəyə gücü çatmır, palanı döyür. Evin uçurulmasını mən etməmişəm ki. Camaatdır da, beyni qandır, onları da qınamıram, gözlərinə mən görünürəm, məni də söyürlər.
- Hər halda ev yıxmaq yaxşı iş deyil, razısanmı?
- Mən evyıxan deyiləm. Özümün də ürəyim ağrıyır. Bəzən uçurduğum evləri yuxumda görürəm. Başa düşün, tutaq ki mən çıxıb getdim, guya bu evləri uçuran olmayacaq?
- Görürəm ki, siz öz işinizə heç pis baxmırsınız. Yəqin, sizə xalqın evini uçurduğunuza görə yaxşı maaş da verirlər?
- Nəyi yaxşıdır, cəmi 400 manat maaş alıram. İt zülmü çəkirəm, it zülmü…
Natiq

Bölmənin digər yazıları

  • » Ramiz Mehdiyev iri məmurları “vurdu”
  • » Rusiya İrana qarşı daha sərt sanksiyalar tələb edir
  • » İranda müxalifətə qarşı yeni həbslər
  • » Müxalifət liderləri Norveçin ədliyyə naziri ilə görüşüblər
  • » Amerika mətbuatı Yanukoviçi təriflədi
  • » Herkel və Qrex Azərbaycana gəlib
  • » Türkiyəni sel basdı
  • » Bakıda 2 fəhlə donub öldü
  • » Zığ-Hövsan yolunda magistral qaz kəməri partlayıb
  • » Timoşenko bloku müxalifətə keçməyə hazırdır
  • » Əli Kərimli İlham Əliyevə cavab verdi
  • » Azərbaycan Türkiyə ilə bir qrupa düşdü
  • » Yanukoviçə qarşı çılpaq etiraz (FOTOLAR)
  • » Hülya Avşar ayağını sındırıb
  • » Sərhəd açılımı əvəzində Naxçıvan dəhlizi
  • » Azərbaycan Türkiyəyə qazı 300 dollara satacaq
  • » Universitetlərin qış yığımı bitdimi?
  • » NATO pul axtarır
  • » Günəşlidə kriminal «razborka»
  • » “Azərbaycanda biznesim yoxdur”
  • Müəllif barədə

    windows yazıb 8652 məqalə.

    2 şərh var | “Hökumət vətəndaşı Allaha asi çıxardı”

    • Ahmet yazıb 19 November, 2009, 12:28

      Allah yardımcınız olsun.. Zalimler zulümlerinin karşılığını bu dünyada görmedikçe öbür dünyaya gitmezmiş. Ve dua ediyorum ki, bu zalimlerin cezalandırıldığını, yüce yaratan bize göstermeden, bizim canımızı almasın..
      Gardaşlarıma da diyorum ki, Allahtan ümidinizi kesmeyin, her işte bir hayır vardır. Ve sadece Allahtan isteyin sabır ve salatla (namaz). Çünkü O böyle istiyor.

    • haciali yazıb 21 November, 2009, 10:41

      Ermeni separatistleri ile Aliev rejiminin fergi nedir?Ermeniler Garabagda evlerimizin 20%faizini dagitmish,Aliev rejimi ise Azerbaycanin galan hissesini dagidir.

    Şərh yaz

    Spam Protection by WP-SpamFree

    Copyright © 2010 "Azadlıq" qəzetinin rəsmi internet səhifəsi. Bütün hüquqlar "Azadlıq" qəzetinə məxsusdur.