Dövlətin büdcəsinə gedən pulu yemək olar?
Dövlət Yol Polisi İdarəsi etiraz edir
Qəzetmizin ötən saylarında büdcə təşkilatlarının büdcədən kənar gəlirləri ilə bağlı hesabatların cəmiyyətdən gizli saxlanması barədə yazmışdıq. Misal kimi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin büdcədən kənar gəlir istiqamətlərini gətirmişdik. Bildirmişdik ki, qurumun təkcə avtomobillərin dövlət texniki baxışdan keməsi zamanı əldə etdiyi vəsaitin həcmi milyon manatlarla ölçülür. Lakin bu günə qədər həmin gəlir mənbələri ilə bağlı nə qədər vəsait toplanması yönündə heç bir məlumat verilməyib. Dövlət yol polisi sistemində yığılan pulların məbğəlini idarənin rəisindən və daxili işlər nazirliyinin rəhbərliyindən başqa heç kəs bilmir.
Dövlət yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidli bizimlə əlaqə saxlayaraq “Azadlıq”ın və ekspertlərin ittihamları ilə razılaşmadığını söylədi: “Maşınlar texniki baxışdan keçərkən mühərrikin həcmindən asılı olaraq yol vergisi ödəyirlər. Bu, dövlət rüsumudur və dövlət büdcəsinə köçürülür. İkincisi, əməkdaşlarımız avtomobilə baxarkən texniki baxış rüsumu götürürlər. Həmin rüsumun məbləği avtomobillər və avtobuslarda 10 manat, qoşqularda, motosikllərdə 5 manat təşkil edir. Hər iki vəsait dövlət büdcəsinə ödənilir. Dövlət Yol Polis İdarəsinin büdcədənkənar vəsaitinə keçmir”.
Ə.Məcidli deyir ki, idarənin büdcədənkənar gəlirlərinə tərtib olunmuş inzibati materiallara görə vətəndaşların ödədiyi cərimələr daxildir: “Tutulan rüsum, avtomobilin markası və s. bağlı müvafiq orqanlara məlumat veririk. Onlar da bank vasitəsilə yoxlama aparırlar. Burda bir qəpiyin də söhbəti ola bilməz. Dövlətin büdcəsinə gedən pulu yemək olar?”
Xatırladaq ki, qanuna əsasən hüquqi, fiziki şəxslərə məxsus, respublika ərazisində daimi, eləcə də müvəqqəti qeydiyyatda olan, mürəhərrikin işçi həcmi 50 kub/sm və ya daha çox olan bütün tip mexaniki nəqliyyat vasitələri ildə bir dəfə yanvar ayının birinə qədər texniki baxışdan keçməlidirlər.
Texniki baxışdan keçmə üçün hər bir avtomobildən 40-50 manat arası rüsum tələb edilir.
LEYLA
“”"Dövlətin büdcəsinə gedən pulu yemək olar?”"”
Üstündən bir bakal da su lap əla gedər. Belə də sual olar?