YAP-dan ABŞ-a qalmaqallı cavab
“Biz də ABŞ təyyarələrinin Əfqanıstanı bombalamasına etiraz edirik”
Gənc bloggerlər Adnan Hacızadə və Emin Milliyə çıxarılan məhkəmə hökmünə görə daxil olan beynəlxalq etirazlar YAP hökumətini əməlli-başlı qıcıqlandırıb. Xüsusən də ABŞ Dövlət Departamentinin hadisəyə operativ münasibət bildirməsi hakimiyyət mənsublarını əsəbi reaksiyalara vadar edib.
YAP icraçı katibinin müavini Mübariz Qurbanlı isə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin gənclərin həbsi ilə bağlı bəyanatına elə münasibət bildirib ki, buna görə ya İlham Əliyev onu, ya da Vaşinqton İlham Əliyevi danlamalı olacaq.
Mübariz Qurbanlı Departamentin bəyanatına necə əhəmiyyətsiz yanaşdıqlarını göstərmək istərkən ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına etiraz etdiklərini bildirib. Qurbanlı elə bu cür də deyib: “Biz də ABŞ təyyarələrinin Əfqanıstanı bombalamasına etiraz edirik”.
YAP yetkilisinə görə, heç kim məhkəmə qərarını şərh edə bilməz; ona yalnız yuxarı instansiya münasibət bildirə bilər: “Mən də Amerikada hansısa hadisəni pisləyə bilərəm. Amma ABŞ məhkəməsinin qərarına yalnız ABŞ-ın yuxarı məhkəmə instansiyası münasibət bildirə bilər. Dövlət Departamentinin dedikləri isə yalnız ümumi xarakter daşıya bilər”, – deyə Qurbanlı bildirib.
İnformasiya şöbəsi
Haram pulların hesabına o qıdər harınlayıblar ki, hətta xarici dövlətlərlə də diktatura dilində danışırlar Əxlaq , mədəniyyət diplamatiya dili tamam yaddan çıxıb.Bu hamısı ondan irəli gəlir ki, artıq canları
na bit düşüb.His edirlər ki, haram yolla yığdıqları milyardları itirmək təhlükəsi var. Ona görə ki, həm xalqın, həm də bütün demokratik ölkələrin və beynəlxalq təşkilatların səbir kasası dolub. Ya demok ratiya yolunu seçməlidirlər, ya da Səddam Hüseyin yolu getməlidirlər. Birinci yolu seçə bilmirlər, ona görə ki, hər gün yüz min dollarlarla haram pul yığanlar necə oturub aylıq maaş gözləsinlər. Heç rəvadırmı? Neyləmək olar onda onlar üçün qalır ikinci yol…..