Tərtərdə ağır faciə – 4 avtomobil toqquşdu, 5 hərbçi öldü
Tərtər rayonunda ağır yol qəzası olub. Rayonun Cəmilli kəndi ərazisində ZİL markalı, 09 BH 364 dövlət nömrə nişanlı avtomobil, ZİL markalı, 45 BD 415 markalı avtomobil, “Mercedes” markalı, 10 SK 466 markalı avtomobil və ZİL markalı hərbi maşının toqquşması nəticəsində xeyli sayda ölən və yaralanan var. İlkin məlumata görə, qəzada 5 hərbçi ölüb, 2-i yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə hərbçilər təlimdən qayıdarkən baş verib.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları və hərbçilər gəlib (APA).