Türkiyə Azərbaycanla viza rejimini ləğv edəcək

erdoganRəcəb Tayyib Ərdoğan bunu partiyasının toplantısında deyib

Türkiyə hökuməti Azərbaycanla viza rejimini qarşılıqlı olaraq aradan qaldırmağı planlaşdırır. “Sabah” qəzetinin məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O, bu məsələnin hazırda gündəmdə olduğunu söyləyib.
Ərdoğan sədrliyi ilə keçirilən hakim Ədalət və İnkişaf Partiyasının toplantısında daxili və xarici siyasət müzakirə edilib. Ərdoğan qeyd edib ki, qarşıdakı günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək və bu məsələ ilə bağlı saziş imzalanacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS PRESS-ə verdiyi məlumata görə isə, bu məsələ iki ölkə konsulluq idarələri arasında müzakirə edilir. Hazırda Türkiyə ilə Azərbaycan arasında mövcud olan qaydalara əsasən, diplomatik statusa malik olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gediş-gəliş imkanlarına malikdirlər. Sıravi vətəndaşlar isə Azərbaycana gələrkən pulsuz viza sistemindən istifadə edirlər. Əgər müvafiq razılaşmalar əldə olunsa, Azərbaycana gələn Türkiyə vətəndaşlarının pasportlarında sadəcə olaraq sərhədi keçərkən müvafiq qeydiyyat aparılacaq.
Azərbaycan vətəndaşları üçün Türkiyəyə gediş-gəliş vizasızdır.

Bölmənin digər yazıları

  • » Beş dəqiqəlik hücum
  • » İnternet forumlarda Əliyevin gününü qara ediblər
  • » Polad Bülbüloğlu İlham Əliyevin qəzəbinə gəldi
  • » Əli Kərimli İlham Əliyevə cavab verdi
  • » İlham Əliyev demokratiyaya imkan verməyəcəyini dedi
  • » Prezidentin “krallıq” arzusu
  • » Kəmaləddin Heydərov təslimçiliyə imza atdı
  • » “Qurdlar Vadisi - Pusu” aranı yenidən qarışdırdı
  • » Ordu ilə bağlı növbəti ilginc olaylar
  • » Ziya Məmmədovdan Cəlal Əliyevə zərbə
  • » Əli Kərimli cavab verir: İlham Əliyev niyə şəxsən tənqid olunmalıdır?
  • » Baş leytenant kimin güdazına gedib? Öldürülən zabitin atası «Azadlıq»a danışdı
  • » Vasif Talıbovun zülmündən bezənlər aclığa başlayır
  • » 280 vətəndaş “Fuad LTD”dən halal evini ala bilmir
  • » “500 mininci” YAP-çı kimdir?
  • » Nərgiz Paşayeva “Sevil”i ələ aldı
  • » Oqtay Əsədovu devirmək istəyən kimlərdir?
  • » Qanlı olayın şahidlərinə təzyiq olunur?
  • » “Kimin əlində sübut varsa, MTN-ə müraciət etsin”
  • » Qətliam baş verən hərbi hissənin 2 vəzifəlisi həbs olunub
  • Müəllif barədə

    admin yazıb 3308 məqalə.

    2 şərh var | “Türkiyə Azərbaycanla viza rejimini ləğv edəcək”

    • Ahmet yazıb 12 November, 2009, 18:17

      Vizenin kaldırılması güzel olur. Gidiş-gelişler çoğalır. Gardaşlık pekişir.. Bugüne kadar vizenin kaldırılmaması hatadır, sehv dir.
      08 06 2008 tarihinde erdoğan ve aliyev nahçivanda vizeyi kaldırma sözü vermişlerdi ama bugüne kadar bu olmadı. İnşallah şimdi olur.

    • firat yazıb 13 November, 2009, 2:19

      azerbaycan bize vize koymak istemedi hicbirzaman kardes kardese vizemi uygular dediler donemin basbakani demirel turklere vize konmasini azerbaycana ek gelir olacagini soyledi ozamanlar yeterli geliri olmayan gaz petrol satamayan azerbaycan icin ciddi gelir oldu turklere aylik 40 dolar di ama turkiyeye gelen azerbaycanli kardeslerimizden 8 dolar sembolik olarak alindi .cok sukurki bugun azerbaycanin bu paraya ihtiyaci kalmadi kendi ayaklari uzerinde durabiliyor vizenin kalkmasi yerinde bir karar.

    Şərh yaz

    Spam Protection by WP-SpamFree

    Copyright © 2010 "Azadlıq" qəzetinin rəsmi internet səhifəsi. Bütün hüquqlar "Azadlıq" qəzetinə məxsusdur.