QƏNİMƏT ZAHİD MİRZƏ SAKİTİ ƏFV ETDİ

mirze sakitQənimət Zahid Mirzə Sakiti “Azadlıq”a qaytardı. Bu gün iki qardaş görüşüb və son vaxtlar baş vermiş olaylara aydınlıq gətirilib. Məlumatı “Media forum” saytına Mirzə Sakit özü verib.
Onun sözlərinə görə, noyabrın 11-də o, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə xüsusi görüş üçün müraciət edib, noyabrın 12-də görüşə icazə verilib: “Qənimət bəylə həm qardaş, həm də rəhbər-işçi olaraq görüşdük. O, rəhbər kimi məni danladı, tövsiyələrini verdi, beləliklə, razılığa gəldik”.
M.Sakit gələn həftənin çərşənbə axşamı onun yazılarının “Azadlıq” qəzetində dərc olunacağını bildirir: “Biz redaksiya daxilində baş verən hadisələri müzakirə etdik. Ona dedim ki, onsuz da hamı bir cür işgəncə çəkir, siz mənim yazılarımın dərc olunmasının qarşısını almaqla bu işgəncələri daha da artırırsınız”.
Q.Zahidin baş redaktor kimi ona tövsiyələr verdiyini deyən M.Sakit bacardığı qədər bu tövsiyələrə əməl edəcəyini deyir: “Tövsiyələrindən biri daha təmkinli olmaq, həmçinin hazırda qəzetə rəhbərlik edən şəxsin də tövsiyələrinə qulaq asmaqdır”.
M.Sakit yazdıqlarının məsuliyyətini dərk etdiyini bildirir və bir neçə dəfə yazılarında təhqir predmetinin olduğunu da etiraf edir: “Amma hesab edirəm ki, təhqir yaxşı şey deyil, özünə rəva bilmədiyini heç kimə rəva görmək olmaz. Eləcə də bu hakimiyyət özünə rəva bilmədiyini xalqa rəva görməməlidir”.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov dəfələrlə mətbuata açıqlamasında bildirib ki, M.Sakitin şeirlərinin dərcinin dayandırılması onun həyatının təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Q.Zahidlə görüşdən sonra buna münasibətini “Media forum”a açıqlayan M.Sakitin sözlərinə görə, Azərbaycan mətbuatında daha sərt yazan qələm adamları var: “Bəs onların təhlükəsizliyini kim təmin etməlidir? Mən yaxşı bilirəm ki, bu yolda ölüm də var, şikəst olmaq da. Əsas bu deyil, əsas həqiqəti olduğu kimi yazmaqdır”.
M.Sakit həftəlik qəzet açmaq ideyasının hələ də gündəmdə qaldığını, Q.Zahidlə görüşün bu ideyanı sıradan çıxarmadığını söyləyir. O, bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayır: “Azadlıq”da dərc olunmaq yeni qəzet açmağa mane olmur”.
Satirik yazar qeyd edir ki, baş redaktor Q.Zahid gələn həftənin bazar ertəsi onun “Azadlıq”da fəaliyyətinin bərpası ilə bağlı tapşırıq verəcək.
Bir müddət əvvəl baş redaktor Q.Zahid M.Sakitin “Azadlıq” qəzetində fəaliyyətinin dayandırılması haqda göstəriş vermişdi.

Bölmənin digər yazıları

  • » Beş dəqiqəlik hücum
  • » İnternet forumlarda Əliyevin gününü qara ediblər
  • » Polad Bülbüloğlu İlham Əliyevin qəzəbinə gəldi
  • » Əli Kərimli İlham Əliyevə cavab verdi
  • » İlham Əliyev demokratiyaya imkan verməyəcəyini dedi
  • » Prezidentin “krallıq” arzusu
  • » Kəmaləddin Heydərov təslimçiliyə imza atdı
  • » “Qurdlar Vadisi - Pusu” aranı yenidən qarışdırdı
  • » Ordu ilə bağlı növbəti ilginc olaylar
  • » Ziya Məmmədovdan Cəlal Əliyevə zərbə
  • » Əli Kərimli cavab verir: İlham Əliyev niyə şəxsən tənqid olunmalıdır?
  • » Baş leytenant kimin güdazına gedib? Öldürülən zabitin atası «Azadlıq»a danışdı
  • » Vasif Talıbovun zülmündən bezənlər aclığa başlayır
  • » 280 vətəndaş “Fuad LTD”dən halal evini ala bilmir
  • » “500 mininci” YAP-çı kimdir?
  • » Nərgiz Paşayeva “Sevil”i ələ aldı
  • » Oqtay Əsədovu devirmək istəyən kimlərdir?
  • » Qanlı olayın şahidlərinə təzyiq olunur?
  • » “Kimin əlində sübut varsa, MTN-ə müraciət etsin”
  • » Qətliam baş verən hərbi hissənin 2 vəzifəlisi həbs olunub
  • Müəllif barədə

    admin yazıb 3308 məqalə.

    Şərh yaz

    Spam Protection by WP-SpamFree

    Copyright © 2010 "Azadlıq" qəzetinin rəsmi internet səhifəsi. Bütün hüquqlar "Azadlıq" qəzetinə məxsusdur.