2500 il öncə itmiş ordu tapıldı

uuu65Iki italiyalı arxeoloq – Angelo və Alfredo Kastiglioni qardaşları qədim dünya tarixinin ən müəmmalı sirlərindən birini açmağa müvəffəq olublar. 13 illik tədqiqatlardan sonra 2500 il öncə Qərbi Misir çöllərində yoxa çıxmış 50 min nəfərlik ordunun qalıqları aşkarlanıb.
Məlumata görə, Kastiglioni qardaşları miladdan öncə 525-ci ildə Misir çöllərində 50 min nəfərlik ordusu ilə birgə yoxa çıxmış Əhəməni imperatoru II Kambisin axtarışına başlayıb. 13 il davam edən tədqiqatlar nəticəsində toz fırtınasının altında qalmış böyük bir ordunun qalıqlarına rast gəlinir. Tədqiqat qrupunun gəldiyi qənatə əsasən, dünya tarixində ilk dəfə qədim yunan tarixçisi Heredotun əsərində bəhs olunan bir hadisənin qalıqları aşkarlanıb. Hazırda Əl-Kharga adlanan ərazidə aparılan axtarışlar zamanı yüzlərlə bronz silah, biləklik, müxtəlif döyüş ləvazimatları, habelə saysız-hesabsız insan sümüyü tapılıb. Heredotun yazdığına görə, Əhəmənilər Imperiyasının banisi böyük Kirin oğlu Kambis Misiri itaətə çağırıb. Lakin rədd cavabı aldıqdan sonra 50 min nəfərlik ordu ilə bu ölkənin üzərinə yürüşə çıxıb. Tarixçi yazır ki, Kambis və ordusu böyük səhralıqla 7 gün irəlilədikdən sonra indiki araşdırmaçıların Əl-Kharga adlandırdıqları əraziyə çatıb və oradan müəmmalı şəkildə yoxa çıxıb.

Bölmənin digər yazıları

  • » Hülya Avşar ayağını sındırıb
  • » “Oskar” namizdələri açıqlandı
  • » Türkiyədə quşbaş quzu doğulub
  • » Amerikada gözsüz uşaq doğulub
  • » Əzizə Mustafazadə haqqında film çəkilr
  • » Leninin şokoladdan heykəlini düzəldiblər
  • » Prezident hər gün bir qara keçi kəsir
  • » “Bəyaz Show” Bakıya gəlir
  • » Ünlü futbulçunun mafia başçısı ilə şəkli tapıldı
  • » Ərini üstündə oturub öldürdü
  • » Türkiyə futbolunda məzəli olay: hakim hakimi döyüb
  • » Bin Ladenin saqqalsız və çalmasız şəkli yayıldı
  • » İndi də «Kurtlar vadisi-Filistin» gəlir
  • » Marsın heyrətamiz görüntüləri yayıldı (fotolar)
  • » Quranda narkotik
  • » Sara Peylin aparıcılıq edəcək
  • » Bunları bilmək maraqlıdır
  • » 2009-un ən gözəl qadını
  • » Rıbak Bakıya gəlir
  • » Qızıl işləməli Quran tapılıb
  • Müəllif barədə

    windows yazıb 8652 məqalə.

    Şərh yaz

    Spam Protection by WP-SpamFree

    Copyright © 2010 "Azadlıq" qəzetinin rəsmi internet səhifəsi. Bütün hüquqlar "Azadlıq" qəzetinə məxsusdur.