Kitabsızların kitab mükafatı
- 7 November, 2009, 12:47
- Qan Turalı
- 610 views
- 12 şərh var
Qan Turalı
Rusdillilərin millilik kriteriyaları
Bu günlərdə kitabın yada düşdüyünü görmək necə də gözəldir. Məsələ bundadır ki, Milli Kitab Mükafatı təsis edilib. Mükafatın təsisçisi “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar xanım Köçərlidir. Qalibə 3 min manat pul mükafatı nəzərdə tutulub. Ikinci yeri tutan 2 min, üçüncü yeri tutan müəllif isə 1000 manat həcmində mükafat alacaq.
Mükafat barədə bu qədər kifayətdir. Mükafatın təqdimat mərasimi haqqında “Azadlıq”da Natiqin reportajı dərc edilib.
Münsiflər heyəti nə vəd edir?
Amma gəlin, sevincimizi yarımçıq kəsərək mükafatı verəsi Münsiflər Heyətinin nəzərdən keçirək.
1. Çingiz Abdullayev: Azərbaycan dilində bir bədii əsər də yazmayıb. Buna baxmayaraq xalq yazıçısıdır. Abdullayev Azərbaycan dilində bircə ssenari yazıb. Bu ssenari eyni zamanda Abdullayevin detektiv olmayan yeganə əsəridir. Söhbət Mehriban Ələkbərzadənin rejissoru olduğu “Məhkumlar” filmindən gedir. Filmə dövlət 280 min manat pul ayırıb və mövzusu cüzamlı xəstələrdir. Həmin film haqqında Azərbaycan Kinematoqrafçılarının qurultayında rus kinoşünası Yelena Mixaylova Ştisovanın məruzəsində (tərcümə: Aygün Aslanlı) söylədiyi fikirlər “Fokus” jurnalının 2-ci nömrəsində çap edilib:
“On filmdən biri cüzam xəstələrinə həsr olunanda istər-istəməz fikirləşirsən ki, Azərbaycanda bundan aktual heç nə yoxdur. Amma film sosial mövzuya toxunmur axı… Burda ayrı-ayrı yaramaz kişilər və qadınlar, cüzam xəstəliyinə tutulmuş qadınları analıq və sevmək hüququndan məhrum edən ağ xalatlı qatillər ifşa olunur.
Məndə belə bir təəssürat var ki, bu dəhşət filminin yaradıcıları belə ekzotik mövzunu seçərkən qadın hüquqlarının qorunmasından ilhamlanmayıblar. Sadəcə adi gərginlik xatirinə ona müraciət ediblər. Məncə əsəbləri zəif adamların baxması məsləhət olmayan bu film əslində öz qəhrəmanlarına qarşı antihumanist mövqedədir. Film istər-istəməz şəriətin qüsurundan – lap əvvəldən qurban mövqeyində olan qadının hüquqsuzluğundan sui-istifadə edir və cəmiyyətin beynində bu geridəqalmış düşüncəni möhkəmləndirir. Bununla belə qeyd edim ki, ritminə, montajına, təsvirlərinə görə film çox müasir görünür. Amma müasir forma, ekran əsərinin feodal mentallığı ilə ziddiyyət təşkil edir”.
Biz deyəndə hörmətli Çingiz müəllim bizi qarayaxmada suçlayır, həm də çox bağışlasın ki, biz onunla türkün ana dilində danışırıq. Amma həmdillisinin sözlərini udmalıdır. Asan udulası sözlər də deyil: antihumanist, kəskin süjet naminə cüzama müraciət və s. Onun Azərbaycan dilində yazdığı ssenariyə Yelena Mixaylovanın rəyi belədir, yaşı 50-ni ötmüş yazıçı bu sözlərlə qabırğasını bərkidirsə onda necə münsif olacaq? Qeyri-detektiv yeganə əsərini bu cür naşı formada yazan adam daşıdığı ədəbi dünyagörüşü sizcə ona obyektiv seçim üçün şans verirmi?
2. Rüstəm Ibrahimbəyov: Istedadlı və özünü təsdiq etmiş ssenarist, dramaturq, rejissordur. 60-cılar nəslindən özünü ən azı MDB miqyasında təsdiq etmiş yeganə şəxsdir. Rüstəm Ibrahimbəyov yazıçı kimi bəzi əsərlər yazsa da, istisnasız olaraq bütün əsərlərini rus dilində yazıb.
3. Elçin Şıxlı: Azərbaycan ədəbiyyatına aidiyyəti Ismayıl Şıxlının oğlu olmaqla məhdudlaşır. Rusdilli “Zerkalo” qəzetinin baş redaktorudur. Intellektual adam olsa da, müntəzəm yazmaqla məşğul deyil. Onun dəyərləndirmədə hansı prinsipləri tutacağı şəxsən mənim üçün maraqlıdır.
4. Ramiz Fətəliyev: Bir neçə filmin rejissoru və ssenari müəllifidir. Deyilənə görə ən yaxşı dramaturqlardan biridir. Rəsul Rza haqqında daim fərəhlə danışır. Yəqin buna görə hesab edilib ki, o, ədəbiyyat müsabiqəsində münsif ola bilər.
5. Vaqif Səmədoğlu: Haqqında daim yazırıq. Təfəkkürü 60-cı illərdə qalıb. Ədəbi dairələrdə “plagiator” kimi tanınıb. Ifrat dərəcədə hökumət tərəfdarıdır. Hətta bir dəfə həbsdəki jurnalistləri “dələduz” adlandırmış və layiqli cavabını almışdı. Gənc yazarların hamısı atası haqqında tənqid yazır. Buna görə obyektivliyi şühbə altında da deyil. Hamı bilir ki, qeyri-obyektiv adamdır və müsabiqədə də qeyri-obyektiv olacaq. Daim yeniliyə düşmən olub. Isa Qəmbərdən başqa heç kim onun xalqa xidmət etdiyini düşünmür. Hətta özü belə. Bir dəfə efirdə, səmimi vaxtlarında hakimiyyət tərəfə keçməsini belə izah edib: “Baxdım, Anarın, Fikrət Qocanın hər şeyi var, amma mən bu yaşımda nisyə çaxır içirəm”.
6. Hamlet Isaxanlı: Verdiyi təhsilin səviyyəsi ilə seçilən Xəzər Universitetinin rektorudur. Deyilənə görə yaxşı alimdir. Lakin çox təəssüf ki, ədəbiyyat onun uğursuz yeridir. Dalbadal şeir kitabları buraxdırır. Kitabları tərcümə edilərək xaricdə çap edilir. Son kitabı Çində çap edilib. Şair Hamlet Isaxanlı haqqında təəssürat oyatmaq üçün bir bənd şeirini təqdim edirəm:
Dəli Kür, sənə kim verdi bu adı?
Minillər qarşını heç kim almadı.
Indi ki, qoluna bəndlər vuruldu,
Səndə dəlilikdən əsər qalmadı.
Bu şeiri yazıb altına imza atan adamın müsabiqədə hansı əsərlərə yaxşı qiymət verəcəyi barədəki polemika açmağa ehtiyac yoxdur.
7. Rəbiyyət Aslanova: Fəlsəfə elmləri doktoru, YAP üzvüdür. Ədəbiyyata yaxınlığı barədə heç nə bilmirik. Dəyərləndirmələrində nəyi əsas tutacağı haqda fikir yürütmək isə çox da çətin olmamalıdır. Rusdilli deyil.
8. Elnur Baimov: Vaxtilə day.az saytının rəhbəri idi. Ədəbiyyata aiddiyatı və meyarları barədə özü danışsa daha yaxşı olar. Rusdillidir.
9. Nərgiz Cəlilova: Məşhur teleaparıcılardandır. Hansı xidmətlərinə görə münsif olduğu sirr kimi qalır.
10. Balakişi Qasımov: Adına aldanmayın, o da rusdillidir. Deputatlıq vüsalına yetməyən nakamlardandır. MSK-da adı Balaş Qasımov kimi gedir, əsl adı “Balakişi” mötərizədə yazılıb. “”Nə? Harada? Nə vaxt?” oyunu üzrə Azərbaycan komandasının kapitanıdır. Onun namizədliyini “Yeni adlar” Seçki Bloku sürmüşdü. Münsiflər Heyətinə də yeni ad kimi düşüb.
11. Rəşad Məcid: Təqdimata geniş ehtiyacı yoxdur. Rusdilli olmadığını hamı bilir. Yazıçılar Birliyinin gənclər üzrə katibi olması obyektivliyi şübhə altında qoyur. Amma insafən, siyahıda ədəbiyyata dəxli olan iki adam varsa onun biri Rəşad Məciddir. Baş redaktor olduğu “525-ci qəzet” ədəbiyyata ən çox yer verən qəzetlərdən sayılır.
Göründüyü kimi, Münsiflər Heyəti kifayət qədər başdansovdu şəkildə tərtib edilib. Heyətdə yazıçıdan başqa hər peşənin sahibini tapmaq olar.
Mükafatlar necə bölünəcək?
Onu da qeyd edək ki, mükafatın dəstəkçiləri sırasında Mədəniyyət və Turizm, eləcə də Gənclər və Idman nazirlikləri var. Buna görə də mükafatın obyektlivliyini indidən şübhə altına almaqda böyük fayda var.
Bu günlərdə söhbətləşib rəyini öyrəndiyim yazarlardan heç biri mükafata əsər təqdim etməyəcəklərini söylədilər. Onları başa düşmək çətin deyil. Hər halda heç bir gənc yazar əsərinin Elnur Baimov tərəfindən qiymətləndirilməsinə dözə bilməz. Rusdilli olan, Azərbaycan xalqının mədəniyyətinə həqarətlə baxan, amma özləri də bir şey ortaya qoya bilməyən bu tipli adamların bu müsabiqədə ədəbiyyatın inkişafı naminə heç nə verə bilməyəcəyi münsiflər heyətinə baxanda aydın olur.
Azərbaycanda mədəniyyət adına görülən bir işin arxasında hökumətin barmağı varsa, o artıq imitativ mahiyyət daşıyır. Azərbaycanda yaxşı kitab yazmaq, hökuməti tənqid etmədən mümkün deyildir. Buna görə də Münsiflər Heyətində ədəbiyyatdan, yenilikdən uzaq adamların toplaşması bu imitasiya siyasətinin yerinə yetirilməsinə xidmət edir.
“Buna görə obyektivliyi şühbə altında da deyil” – sehv gedib, olmalidir: “Buna görə obyektivliyi şühbə altındadir”
hamisina bir qus qoyduz. rusdilli olanda ne olar ki? ve siz haradan bilirsiz ki, onlar Az.in medeniyyetine heqaretle baxirlar? Cingiz Abdullayevin bir cox eseri mehz Az.dan danisir ve medeniyyet tesvir edilir. olduqca da deqiq verilir. Siz sadece olaraq esebinizi bosaltmaga qurbanlar axtarirsiniz. Niye bele aqresiv movqeden cixis edirsiniz.
Anarın adı niyə yoxdur bu münsiflər həyətində? Ona təklif olunmayıb yoxsa “sərt” tənqidlərindən qorxurlar?
ümümiyyətlə özlərini gənc yazar adlandıranların elə özlərindən başqa hec kimi bəyənməmək tendensiyası az cox ədəbiyyatla maraglanalara yaxşı tanışdır.ortaya goydugları yazılarsa gərəzli cızma garadan başga bir şey deyil.adları cəkilən münsiflərin hamısı olmasada ən azı vagif səmədoğlu, cingiz abdullayev,rüstəm ibrahimbəyov adı istedaddan və peşəkarlığdan xəbər verir.siz ingiliscə yazın əsərlərinizi.amma ortaya əsər goyun.lap fransizca danışın.amma agıllı danişin.və unutmayın ki,əsl ədəbiyyatin sərhədi yoxdur.hugo fransizca yazib,mən azərbaycanca oxumuşam. girgız aytmatov rusca yazıb mən azərcə mənimsəmişəm.ingiliscə yazan heminqueydən azərcə imtahan vrrmişəm.və nəhayət farsca yazan nizami ilə öz azərbaycanlılığımızı butun dunyaya bəyan etmişik.əgər ürəyinizdən munsif olmag kecirsə paxıllıg etmək yox mubarizə aparmag lazımdır.sənət mübarizəsi.yox əgər dil probleminiz varsa narahat olmayın.tərcüməcilərə də bir iş tapılar.təki yazdığiniz tərcuməyə layig olsun
Yaxşı yazıdır.
Bes sen munsifler heyyetinde olsaydin oz haqqinda hansi fikirleri yazardin?
Yaxshi yazilib. munsifler haqda chox deqiq ve heqiqi qiymet verilib . Yazara irad tutmaq qerezli movqey tutdugunuzu bildirir. bashlayaq v.Semed oglundan ,Azerbaycan edebiyyatina o ne verib?yadda qalan bir eserini gosterin ki ortaliga chixarmaq olsun. Qirgiz Chingiz Aytmatovla muqaise edilecek yazichimiz yoxdur. Onunla eyni zamanda yashayanlar ve yazanlar arasinda. Chingiz Abdullayevin birinci onlugdaki romanlarini chixmaq sherti ile yerde qalan texminen 90 -a yaxin romani ya tekrardir ,yada yeni soz ,movqey yoxdur. bashqalari haqda da uzun-uzadi yazmaga ehtiyac gormurem. qaldi dil meselesine C.Aytmatov rusca qirgiz xalqini dunyaya tanitdi onun yaratdigi obrazlarin hamisi qirgiz milletinin numayendeleridir. bes adi chekilen munsifler kim haqda yazib?. ve problem dilde deyil hansi dide yazmagindan asli olmayaraq xalqinin ,milletinin bu gunku yasham felsefesini ve onu doguran problemleri gostermekdir. Bu gun Qan Turali ve onunla hem fikir olan genc yazarlarimiz ,xalqimizin problemlerini gundemde saxlamaqla ,Memmedquluzade ve Sabir seviyyesine chatiblar. Bu agir ve chetin ishde onlara yalniz muveffeqiyyetler arzulamaq lazimdir. Size ESHQ OLSUN !
yeni yazilarinizi her gun gozleyirik.
Yazınıza göre çox teşekkürler! Bu ölkede insanlığın qiymeti nece verilirse(yəni verilmirse!)kitabların qiymeti de o cür veriler! İstedadlar üçün bu ölkede yer çox mehduddur! Çünki oranı başqa nadanlar zebt edib!
Heqiqetdir. O da heqiqetdir ki, Ziba adli oxucu “rusdilli olanda ne olar ki?” deye sorur ve onun ardinca Azerbaycanin adini “Az.” yazmaqla terefini saxladigi yazarlardan rus beyinlilikde hech de geri qalmadigini subut edir. Baxmayaraq ki, AZERBAYCAN sozundeki herflerin sayi Chingizin soyadindaki herflerin sayi qederdir, Ziba xanim soyadi butov yazir, Veteninin adini qisa.O ki qaldi, Chingizin oz yazilarinda guya olkemizi terennum etmesine, shexsen men onun oz qehremaninin (Dronqonun) diliyle SSRIni nostalgiya ile xatirlamasindan bashqa hech bir diger fikirlerine rast gelmemishem. Tural yazina gore sag ol!
Mukafat azerbaycan dilinde yazmayanlara da verilecek. Bele olan halda bu mukafat azerbaycan edebiyyatina yox, ermeni, rus, bir sozle mangurtlarin edebiyyatina xidmet edecek. Elnur Baimov ise ermenilere tribuna veren bir adamdir. Bele bir adamin milli mukafat munsifi olmasi dehsetdir!
Ozune hormet eden azerbaycanli yazici bu mukafatdan imtina etmelidir. Biznese xidmet eden mukafat esl edebiyyata qiymet vere bilmez.
Cingiz Abdullayev Drongo eserinde AZerbaycani yixib suruyub. Eserde bir azerbaycanlinin adindan bele bir ifade verib” Bura AZerbaycandir, burada her sey alinir ve satilir” Bele adam milli edebiyyatimiza ne xeyir verecek?