"Azadlıq" qəzetinin rəsmi internet səhifəsi

Keçmiş səfir qadın qalmaqalından danışdı
Əfşar Süleymani: «Şəmsiyyə Bəylərqızı məni fəlakətə salıb»

«Insanın bu qədər fırıldaq, yalançı olduğunu nə oxumuşam, nə tarixdə, nə də yuxuda görmüşəm…»

Iran Islam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin APA-ya müsahibəsi

- Son günlər Azərbaycan mətbuatında Sizinlə bağlı xoşagəlməz informasiyalar yayılır. Şəmsiyyə Bəylərqızı adlı xanım Sizin həyat yoldaşınız olduğunu iddia edir və oğlunun atası kimi haqlarını tələb edir. Bu barədə nə deyə bilərsiniz?

- Istəyirəm əvvəl bütün Azərbaycan xalqını salamlayam. Deməli, mənim səfir kimi missiyamın başa çatmağına təxminən bir ay qalırdı. Həmin vaxt ürəyimdən əməliyyat da olunmuşdum. Mən ölkəmə qayıtmalı idim. Onsuz da Iranın yeni iqtidarı məni cənab Hatəminin səfiri bilirdi. O aralar Şəmsiyyə Bəylərqızı adlı xanım gəlib mənimlə görüşmüş və yazdığı yeddi kitabdan bir neçəsini təqdim etmişdi. Həmin kitablardan ikisi Əli Insanov haqqında idi. Bu qadın təklif etdi ki, mənim müsahibələrimdən ibarət kitab buraxmaq istəyir. Kitabın da adını qoydu “Azərbaycanı Vətəni bilən diplomat”. Sonra o, mənə Ekspertiza və Müdafiə Mərkəzi adlı bir QHT-nin sədri olduğunu göstərən vizit-kart verdi və dedi ki, bu təşkilatı Yaponiyada dəstəkləyirlər. O, deyirdi ki, Yaponiyada olan bir QHT Forumunun da vitse-prezidentidir. Eyni zamanda, Jurnalistlər Birliyinin üzvlük vəsiqəsini də göstərdi. Digər tərəfdən də mənim haqqımda buraxdığı kitaba görə pul istəmədi. Fikirləşdim ki, bu təmənnasız və yaxşı insandır. 2006-cı ilin fevral ayında həmin kitabın təqdimatı oldu. Bundan sonra, mənim missiyam başa çatdı. Lakin oğlumun təhsili ilə bağlı daha bir müddət Bakıda qalmalı oldum. Bu müddətdə isə Şəmsiyyə Bəylərqızı mənə xatirələrimdən ibarət daha bir kitab yazmağı təklif etdi. Bu ərəfədə o, özünü elə aparırdı ki, guya Azərbaycan hökumətindəki yüksək çinli məmurlarla çox sıx əlaqələri var. Mən də Azərbaycanda müəyyən işlər görmək istəyən şəxsləri bu xanımla əlaqələndirdim ki, işləsin. Bu da insanlardan pulları alıb, saxta sənədlərlə adamları aldatmağa başladı. Bu məsələ çox uzundur. Hətta on gün də danışsam, qurtaran deyil.

Məsələ çılpaqlığı ilə ortaya çıxandan sonra Daxili Işlər Nazirliyinə müraciət etdim.

- Məsələnin məzmunu məlumdur. Yəni siz hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra bu xanımın dilindən borclu olduğu pulu və mənimsədiyi evi qaytaracağına dair iltizam alınıb. Həmin pul və evin axırı necə oldu?

- O, söz vermişdi ki, borclu olduğu 1 milyon 200 min dollardan, 400 minini qaytarsın. Ancaq söz versə də, bu puldan bir qəpik də qaytarmadı. O, görəndə ki, mən Bakı ilə əlaqəyə girib, yenidən pulu tələb edirəm, başladı mənim əleyhimə şantajlara. Mən həmin vaxt Bakıya gəlmişdim. Bu o zaman idi ki, Şəmsiyyə Bəylərqızı ATV-yə çıxıb müsahibə vermişdi. O, mənim haqqımdakı saxta sənədlərdən bir hissəsini də Irana göndərmişdi. Iranda həmin vaxt prezident seçkilərinə hazırlıq keçirilirdi. Mən Mir Hüseyn Musəvinin Ərdəbildə seçki kampaniyasının rəhbəri idim. Orada özünü bir qrup islahatçı kimi təqdim edən insanlar məni ləkələmək istəyirdilər. Həmin adamlar bu qadınla da əlaqəyə girmişdilər. Mən Azərbaycanda işləyəndə müştərək mənafeyə qulluq etmişəm. Nə Azərbaycanın, nə Iranın əleyhinə heç vaxt fəaliyyət göstərməmişəm. Istəyirəm Azərbaycanın çox hörmət etdiyim rəhbərliyi bu məsələlərlə bağlı ölçü götürülməsi üçün göstəriş versin. Belə olmaz. Istəyirəm ki, qanun yerinə yetirilsin. Bu insan mənimlə ailəli olduğu haqda saxta sənəd yayıb. Üstəgəl məndən bir övladının da olduğu iddia edir.

- Evin axırı necə oldu?

- Evi qaytarıblar.

- Bəs evi neylədiniz?

- Satıb borcları qaytardım. Tək o evi yox, Tehrandakı evimi, uşaqlarımın maşınını satdım. Bu qadın məni fəlakətə salıb. Mən tələb edirəm ki, bu qadın ən azı mənə dilindən iltizam verdiyi 400 min dolları qaytarsın.

- Qaytarmır axı…

- Özümə vəkil tutmuşam. Vəkilimin adı Fəxrəddin Mehdiyevdir. Istəyirəm ki, bu qadın mənimlə evli olduğunu sübut edən sənədi məhkəməyə təqdim etsin. Belə sənəd yoxdur axı.

- Siz evlilik sənədi deyirsiniz, Şəmsiyyə Bəylərqızı ortaya oğul qoyub. Hətta bu oğulun dünyaya gəlməsi üçün Sizin razılığınızla Istanbulda həyata keçirilən süni mayalanma sənədlərini də yayıb.

- Mən də iddia edirəm ki, bu sənədlər saxtadır. Bu adam Türkiyədən məni yanına çağırıb deyib ki, Azərbaycan hakimiyyəti pulların köçürülməsinə imkan vermir. Məni iki-üç dəfə Istanbula dəvət edib. Orada yalandan oyun çıxardıb və pulları mənə verməyib. Onun yaydığı kəbin, izdivac sənədləri saxtadır. Əgər mən onunla evlənmişəmsə, nəyə görə süni mayalanma ilə uşaq dünyaya gətirir?

- Bunu çox ailələr edə bilər. Kimsə ailə qurar və övlad dünyaya gətirmək üçün süni mayalanmadan istifadə edə bilər.

- Əgər bunun dünyaya uşaq gətirmək qabiliyyəti yoxdursa, axı süni mayalanmaya da getmək olmaz.

- Sizdən səmimi bir söz soruşmaq istəyirəm. Uşağı, rəsmi nikahı qoyaq qırağa. Sizin bu qadınla hər hansı intim münasibətiniz olub?

- Belə münasibət qətiyyən olmayıb.

- Bəs necə olmayıb ki, Siz onunla qol-boyun şəkil çəkdiribsiniz?

- Belə şəkil istənilən adamla çəkilə bilər. Bir adamla səmimi münasibətin var və şəkil çəkdirəndə əl-ələ də tuta bilərsən. Bu nə vaxtdan ayıb sayılıb? Bu adam belə şəkilləri çəkdirəndə də nələrisə planlaşdırırmış. Nə bilim ki, bu adam belə edəcək… Gəlib özü mənim əlimdən tutub. Orada qadın naməhrəm kişi ilə öpüşə də bilər. Yəni siz də bilirsiniz ki, belə şeylər ittihama ciddi əsas ola bilməz.

- Deyirəm işdir, birdən şəkillərin ardınca müəyyən görüntüləri ortaya qoyan video-klipləriniz yayımlandı. Onda nə deyəcəksiniz?

- Əlində varsa, qoysun. Mən tələb edirəm ki, bu adam rəsmi nikah sənədini ortaya qoysun, mən təslim olum. Onun süni mayalanma etdirdiyi vaxt mən Türkiyədə olmamışam. Axı mənim pasportum var. Bundan əlavə, Türkiyəyə giriş-çıxış tarixləri var. Mən istəyirəm ki, bu insan camaatın pulunu qaytarsın. Mən onu efirə çıxaran televiziyaya müraciət etmişəm ki, qarşı tərəf kimi mənim də hüquqlarımı tanısınlar və vəziyyətə aydınlıq gətirmək üçün efir vaxtı versinlər. Lakin onlar bundan imtina edib. Indi bu qadınla mənim işim təkrar məhkəmə ərəfəsindədir. Məhkəmədən bir neçə tələbim var. Birincisi süni mayalanma olduğu vaxt mənim Türkiyədə olduğumu sübut edən sənəd ortaya qoyulsun, ikincisi hansı nikah sənədi ilə süni mayalanmaya icazə verildiyi aydınlaşdırılsın. Əgər Azərbaycanın rəsmi orqanları bu nikah sənədini təsdiqləsələr, mən tabe olmağa hazıram. Heç bir sənəddə mənim imzam yoxdur. Bu qadın mənə Avropa ölkələrinin dörd ədəd saxta fəxri doktorluq diplomunu təqdim edib. Mən bu sənədləri sizə təqdim edə bilərəm.

- Sizin neçə yaşınız var?

- Bu il 50 yaşım olacaq. Yubiley yaşındayam.

- Sizin həyat yoldaşınız varmı?

- Əlbəttə var.

- Bəs o, bu məsələlərə nə deyir?

- O bilir ki, bu qadın “maşennik”dir. Bu qadın bir dəfə mənim telefonumu götürüb bütün nömrələri köçürüb. Ondan sonra müəyyən nömrələrə sms-lər göndərib. Eyni zamanda, bu sms-lərdən bir neçəsini də mənim xanımıma göndərib.

Lakin, həyat yoldaşım mənə inanır və etibar edir.

- Bəs övladlarınız haradadır?

- Tehranda universitetdə oxuyurlar.

- Özünüz nə işlə məşğulsunuz?

- Indi təqaüddəyəm. Əsas işlərimdən biri bu qadınla yaranmış vəziyyətə birdəfəlik aydınlıq gətirməkdir.

- Dedilər axı Sizi Tehranda həbs ediblər?

- Bu məlumat da o, qadının yalanları idi. Məni heç kəs həbs etməyib. Mən nəyə görə tutulmalıyam ki?

- Mir Hüseyn Musəvini dəstəkləməyiniz sizə problem yaratmadı ki?

- Mən sözümü həmişə demişəm, deyirəm, deyəcəyəm də. Mənim veb səhifəm var, orada fikirlərimi yazıram. Fikirlərimi açıq şəkildə bildirirəm.

- Indi də Mir Hüseyn Musəvinin yanındasınız?

- Yanında deyəndə onun fikirlərini dəstəkləyirəm. Seçki vaxtı Musəvinin yanında bir qrup fürsətpərəst gördüm. Bu adamlar da Şəmsiyyə ilə birləşib, əleyhimə müəyyən işlər gördülər. Musəvinin fikirlərini bəyənməklə yanaşı, özümün də müəyyən fikirlərim var. Seçki kampaniyası ərəfəsində Musəviyə məktub yazıb, onun ətrafındakı fürsətpərəst insanlar haqqında məlumat verdim. Bu məktubum internetdə də çap olunub.

- Iran-Azərbaycan əlaqələrinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən bu əlaqələri qaneedici bilmirəm.

- Niyə?

- Ona görə ki, bütün imkanlardan istifadə olunmur. Bundan başqa, həll olunmamış bəzi məsələlər hələ də qalır. Yəni Iran və Azərbaycan xalqının umduğu qədər bizim əlaqələr demək olar ki, geniş və dərin deyil.

- Iranın Azərbaycanla viza rejimini ləğv etməsini necə şərh edərdiniz?

- Azərbaycan xalqının Irana gəlib-getməyini mən də alqışlayıram. Eyni zamanda, bu məsələnin bir sıra problemləri də var. Bu problemlər həll edildikdən sonra viza rejimi ləğv olunmalı idi.

- Indiki Iran iqtidarı hər hansı bir işə dəvət etsə, qəbul edib işləyərsiniz?

- Yox, işləmərəm. Mənim xarakterimlə uyğun gəlməyən yerdə işləyə bilmərəm. Mən şəffaf adamam. Mən Ukraynada da səfir olmuşam. Bundan əlavə 15-16 il MDB ölkələri ilə əlaqələr üzrə işləmişəm.

- Görünür, diplomat kimi təcrübəniz çox olsa da, həyatda bilmədiyiniz çox şeylər var…

- Bu qadın özünü yazıçı kimi təqdim edib, məni aldatdı. Mən də yazıçının fırıldaq olduğunu görməmişəm. Insanın bu qədər fırıldaq, yalançı olduğunu nə oxumuşam, nə tarixdə, nə də yuxuda görmüşəm…

Beş dəqiqəlik hücum
Əliyev və hakimiyyəti üç sualla siyasi uçqun altında qaldı

Yəqin Ilham Əliyev də bu barədə düşünür. Özünün və sisteminin beş dəqiqəlik bir həmləyə dözmədiyindən söhbət gedir. Bu müsahibə barədə düşünmək lazımdır. Təbii ki, birtərəfli yox, çoxtərəfli. Niyə Ilham Əliyevdən bu cür müsahibə almaq qərarı verilib? Niyə ondan neft strategiyası və enerji tərəfdaşlığından soruşmayıblar? Ilham Əliyev belə suallara cavab verməkdə ustadır. Neft də onundur, neft mövzusu da. Amma bu dəfə hadisələr başqa müstəvidə – Ilham Əliyevin əlinin yalın olduğu sahədə baş verib. Təbii ki, o, demokratiya barəsində danışmağa hazır olmadığını əvvəlcədən hər kəsə demişdi. Amma nəsə yolunda olmadığından Əliyev demokratiya barəsində suallarla üzləşib. Azərbaycan xalqının qaysaqlanmayan yarası – işğal faktı da onun sevimli mövzusu idi. Amma bu dəfə o, bu mövzudan da axıracan və əmin danışa bilməyib. Bu barədə yazmışıq. Indi isə biz bu müsahibəni zəruriləşdirən faktorlar və siyasi zəmindən, müsahibənin ümumi psixoloji aurasından və Əliyevin çıxmaza düşdüyü məqamlardan, eyni zamanda bu siqnalın nədən xəbər verdiyindən yazacağıq. Bununla da baş verənlərin təsadüfi bir olay olmadığını və Azərbaycan hakimiyyətinin Qərblə sistemli qarşıdurmada olduğunu şərh etmək niyyətindəyik.

Startı Cozef Bayden verib…

Keçən ilin oktyabrında Rumıniyada səfərdə olan ABŞ vitse prezidenti Cozef Bayden Avropaya çağırış etmişdi. Bu çağırışın mətni Avropada xüsusilə son iyirmi ildə ciddi demokratik nəticələrin əldə olunduğu və institutlaşmanın gücləndiyini qeyd edir və Avropanı Azərbaycan, Ermənistan kimi ölkələrdə də bu cür ənənələrin yaradılması üçün fəaliyyətə çağırır. Bu artıq elə bir ərəfə idi ki, Azərbaycan hakimiyyəti ABŞ rəsmisinə cavabı güclü antiamerikan təşviqatı ilə verdi. Bu isterika NABUCCO məsələsində özünü açıq göstərdi. Azərbaycan hakimiyəti aşkar şəkildə Rusiyameylli xətt götürdü. Aydın oldu ki, prinsipial məsələlərdə Qərblə Əliyevlər arasında fikir ayrılıqları artıq münasibətlərdə çatlar həddinə qədər dərinləşib. Vəziyyət isə Qərbin eyni mövqedə olmasını diktə edir. Söhbət enerjidən və bu sahədə etibarsız müttəfiqdən qurtulmaqdan gedir. Baydenin çağırışından iki ay sonra Avropa Ittifaqı Azərbaycanda insan haqlarının vəziyyətinə dair kəskin qətnamə qəbul edir. Bu da Azərbaycan hakimiyyətini real düşünməyə və Kremlə doğru yuvarlanmağı dayandırmağa sövq edə bilmir. Bu ilin ilk ayında AŞ-da Insan haqlarına dair məlum dinləmələr və Naxçıvanda baş vermiş olayların “üstün təsiri” ilə Azərbaycan hakimiyyətinin kəskin tənqid olunması Qərbin siyasi müstəvidə Əliyevlərlə ciddi olduğu təəssüratını gücləndirdi. Belə məlum oldu ki, Ilham Əliyev yenə də real nəticə çıxarmaq əvəzinə isterik davranır. Bu isterikanın nəticəsi isə iki məsələdə özünü açıq göstərirdi. Birincisi, Naxçıvanda baş vermiş olaylardan sonra Vasif Talıbovun təltif edilməsi idi. Xüsusilə, baş verən hadisələri həm yerli, həm də xarici ictimaiyyətin həssaslıqla izlədiyini görə-görə bu addımı atmaq təbii ki, hər tərəfə mesaj idi. Bu, başqa deyimlə Qərb diplomatiyasına və illərdir polislərə seminarlar keçən təşkilatlara əyani dedi ki, kobud desək, maya batıb. Ölkədə siyasi rəhbərliyin düşüncəsi bu halda ikən polisdən nə gözləyəsən? Ikincisi, Qərblə Azərbaycan hakimiyyəti arasında münasibətlərin bu cür gərginliyə doğru getdiyi bir zamanda Azərbaycanda Rusiya ilə birgə humanitar əməkdaşlığa dair forumun keçirilməsi Azərbaycan hakimiyyətinin, bir növ, nöqtə qoymaq cəhdi idi. Bu addım həm də strateji olaraq ABŞ-a cavab idi. Amma nöqtənin nə vaxt və kim tərəfindən qoyulması da Azərbaycanda həll olunmadığı üçün bu proses sonradan öz davamını yaşadı. Azərbaycan hakimiyyəti belə hesab etdi ki, sonuncu tədbirdən sonra Qərb artıq Bakının itirilməsini reallıq kimi qəbul edəcək. Bununla da vəziyyət “yaxşıya doğru dəyişəcək”.

Neftsiz ilk müsahibə…

Ilham Əliyevlə Qərb mediasında ilk neftsiz müsahibənin bu cür əks-səda doğurması təbiidir. Təkcə ona görə yox ki, burada Ilham Əliyevə demokratiya barədə suallar verilib. Həm də ona görə ki, bu müsahibə ilə ona deyiblər ki, səndən neft barədə soruşmamaq da olar. Amma sən suallara cavab verməli olanda bunu etməyə məcbursan.

Oxucularımız üçün də maraqlıdı – niyə, demək olar ki, ilk dəfə Ilham Əliyevə bu cür kəskin suallar verilib. Azərbaycan daxilində demokratiyanın vəziyyətindən və bunun ölkənin milli ənənələrinə zidd olmasından bəhs edən suala Ilham Əliyev guya sualdan yayınaraq cavab verir. Amma məsələ onda deyil. Iş ondadır ki, Ilham Əliyevin prezident kimi Azərbaycanda fəaliyyət göstərməsinə razılıq verən Qərb siyasətçilərinin demək olar ki, hamısı hakimiyyətdən gedib. Deməli, o müqavilə də qüvvədən düşüb ki, yalnız neft barədə danışmaq lazımdır. Və yaxud da Ilham Əliyevin demokratiya məsələlərində naşı olduğunu bildikləri halda ona belə suallar verməyin məqsədi nə idi? Birincisi, Əliyevə sübut olundu ki, onu ifşa etməyin çox asan yolları var. Və “Azərbaycan xalqı demokratiyaya hazır deyil” deyənlərə də cavab verildi ki, xalq demokratiyanı sovetlərdən öncə qurub, məhz sizin bu dəyərlə uyuşmamaq probleminiz var. Üstəlik, Qarabağ mövzusunun müsahibədə tamam ciddi qaldırılması və Ilham Əliyevə bu mövzuda heç bir “ikili standart”ın tətbiq edilməməsi onu göstərdi ki, qərblilər əliyevlərə münasibətlə Azərbaycana münasibəti ayrı-ayrılıqda qiymətləndirirlər. Təbii ki, Azərbaycan dövlət başçısı bu məsələdə də qeyri müəyyən strategiya ilə çıxış edib. Amma ona öz mövqeyini açıqlamaq üçün tam opponentsiz şərait yaradılıb. Üstəlik Azərbaycanda Ermənistan işğalının yaratdığı nəticələrlə bağlı materialların eyni telekanalda davamlı təkrarlarla yayımlanması onu göstərir ki, Qərb məsələlərə kompleks yanaşmır və malı mala qatmaq fikrində deyil. Bu həm də Azərbaycan hakimiyyətinin “Euronews”u düşmən elan etməsinə imkan verməmək üçün düşünülmüş bir addımdır. Məhz düşünülmüş…

Bu nə alverdi belə?

Ilham Əliyev NABUCCO barəsində Münhendə səsləndirdiyi fikirlərində də aydın ifadə edib ki, bu layihədən bir sıra gözləntiləri var. Əlbəttə, bu gözləntilər “texniki təminat” kimi dilə gətirilib. Amma söhbətin nədən getdiyi məlumdur. Ilham Əliyev açıq olmasa da, demək istəyir ki, NABUCCO-nun əsas dövləti kimdir. Bizim hakimiyyətimizə kim təminat verməlidir. Amma özünü bu qədər yolagetməz aparandan sonra təbii ki, heç kim belə bir alverə razı olmaq istəməz. Təbii ki, belə bir razılaşma həm Rusiyanın mövqeyinin qələbə qazanması, həm də Ilham Əliyevin şərtlər seriyasının başlanğıcı ola bilər. Ona görə də onunla bu müsahibə tam qazsız və neftsiz təşkil olunub. Yəni, bundan sonranın mövzuları aydın oldu. Ilham Əliyevin jurnalistlə bu qədər sərt və sanki, siyasi opponent kimi davranması onu göstərir ki, o da artıq hər şeyi hiss edib. Yəni artıq bütün tərəflər qətidirlər. Bu müsahibə bir məsələni də ortaya qoydu ki, neft olmayanda demokratiya olur və Ilham Əliyev neftin olmadığı məclislərdə hansı duruma düşür…

Seymur Həziyev

«Hakimiyyətdə jurnalistofobiya var»
Pənah Hüseyn: «Seçkilərdə törədəcəkləri biabırçılıqları ört-basdır etmək üçün indidən «profilaktik tədbirlər» görürlər»

Ölkə hakimiyyəti qanunvericilik qaydasında şəxsiyyətin razılığı və xəbəri olmadan jurnalistlərin foto, video çəkiliş aparmaq fəaliyyətlərinə yeni-yeni qadağalar qoymağa çalışır. “Turan”ın müxbirilə söhbətində deputat Pənah Hüseyn hakimiyyətin KIV-lərin fəaliyyətinə dair qanunlara yeni əlavələrlə qadağalar çərçivəsini genişləndirmək istədiyini təsdiqləyib.

“Nəzərdə tutulan əlavələr keçən il dekabrın 21-də qanunvericilik qaydasında prezidentin imzası ilə parlamentə daxil olub, guya iki komitədə müzakirə edilib və etirazlar olmayıb”, – deyə P.Hüseyn prosesin hazırkı durumuna toxunub. P.Hüseyn qanuna dəyişikliklər etmək istəyən təşəbbüsçünün bununla bağlı əsaslandırıcı sənədi də əsas sənədə əlavə etməli olduğunu, amma son 5 ildə bu müddəaya əməl olunmadığını söyləyib.

Deputata görə, bu əsaslandırıcı sənəd olmadığı üçün qanuna bu əlavələrin hansı zərurətdən yarandığı da müəmmalı qalır.

Nəzərdə tutulan əlavənin birbaşa jurnalistlərin fəaliyyət çərçivəsinin ciddi şəkildə daralmasına səbəb olacağını deyən P.Hüseyn bunun Avropa Insan Haqları Konvensiyasının uyğun müddəalarına və eləcə də KIV-lərin fəaliyyətini tənzimləyən ölkə qanunlarına zidd olduğunu ifadə edib. “Bu əlavələr faktiki jurnalistə şahidi olduğu ictimai əhəmiyyətə malik hadisələri ictimailəşdirməyə imkan verməyən müddəadır və mətbuat azadlığından geriyə doğru addımdır”, – deyə deputat baş tutacağı halda dəyişikliyin perspektivi barədə fikrini bildirib. P.Hüseynin fikrincə, bəzi yüksək rütbəli şəxslərin fəaliyyətlərinə dair mənfi mövqeli foto və videofaktlar olması, bunların internet səhifələrində yerləşdirilməsi buna səbəb olub. “Burada siyasi çalar da var, belə ki, keçən il bələdiyyə seçkilərində olan videoçəkilişlər bələdiyyə seçkilərindəki biabırçılıqları üzə çıxardı, qarşıda isə parlament seçkiləri gəlir, hakimiyyət bu seçkilərdə törədəcəyi biabırçılıqları ört-basdır etmək üçün indidən ”profilaktik tədbirlər” görür”, – deyə P.Hüseyn nəzərdə tutulan dəişikliklərə ironik münasidət bildrib.

Deputata görə, hakimiyyətdə jurnalistofobiya var və həmin fobiya özünü bu əlavələr şəklində təsbit edir. “Qarşıda parlamentin iclası gəlir, buna münasibət bildirəcəyik və həm də bu dəyişikliklərə qarşı mübarizəyə birmənalı dəstək verəcəyik”, – deyə P.Hüseyn mövqeyini ifadə edib.

İnternet forumlarda Əliyevin gününü qara ediblər
Sonra deyirlər ki, İlham Əliyev müsahibə vermir…

Dövlət başçısı Ilham Əliyevin “Euronews”a verdiyi müsahibə virtual aləmdə geniş müzakirə mövzusuna çevrilib. “Azadlıq” qəzetinin və eyniadlı radionun internet saytında və müxtəlif sosial şəbəkələrdə Ilham Əliyevin 8 dəqiqəlik çıxışına səkkiz yüzdən çox şərh yazılıb. Şərhlərin mütləq əksəriyyəti sərt tənqid ruhundadır. Onların bəzisini oxucularımızla paylaşmağı faydalı hesab edirik.

Ruslan adlı internet istifadəçisi şərhində hesab edir ki, Ilham Əliyev bu müsahibə ilə özünü biabır edib. Yeri gəlmişkən, müsahibəni məhz biabırçılıq kimi dəyərləndirən istifadəçilər hədsiz çoxdur. Ruslan yazır: “Dövlətimin belə başçısı olmasından utanc duyuram! O, öyrənmişdi şablon yaltaq suallara, amma bu dəfə bəxti gətirmədi. Hesab edirəm ki, Ilham Əliyev, nəinki dövlət başçısı, heç məktəb başçısı olmağa layiq deyil!

Isveç Krallığında yaşayan Əli Məmmədov isə Ilham Əliyevin dediklərini maraqlı faktlarla tənqid edib: “Mən Isveç Krallığında yaşayıram. Burda kasıb adam yoxdur. Dövlətdən və ayrı-ayrı vəzifə adamlarından da narazı adam yoxdur. Ona görə ki, burda hər bir iş adamı; Baş Nazirdən tutmuş sıravi fəhləyə qədər öz işinə vicdanla yanaşır. Bu ölkədə rüşvət də yoxdur. ”Krallıq” xülyası ilə yaşayan Ilham Əliyevin Isveç kralından öyrənəsi çox şey var. Birinci, düz danışmağı və halal zəhmətlə yaşamağı bacarmalıdır. Bunları mənimsəyə bilsə, sonra bütün idarəçilik sistemləri üzrə bilgiyə malik olmalıdır. Vergi sistemini gözəl bilməlidir. Bunun üçün isə Ilham Əliyevə azı 15 il vaxt lazımdır. Əgər nəfsini cilovlaya bilsə, haram pullardan yaxasını qurtara bilsə, onda xülyası reallaşa bilər, ömürlük kral ola bilər. Əks halda bu qədər haqsızlıqla çox uzağa getməsi mümkün deyil. Atalar demişkən, yalan və haqsızlıq ayaq tutar, ancaq yeriməz. Əliyev iqtidarının yalan və haqsızlıqlarından Azərbaycan xalqı da, dünya da bezib. Bu irtica rejimin sonu görünməkdədir. Bu prosesin sürətləndirilməsi isə Azərbaycan xalqından asılıdır.

Qaşqay Ismayılov adlı istifadəçi isə prezidentin müsahibəsinə ironik yanaşıb: “Möhtəşəm və analoqsuz xizəkçinin sıxıb suyunu çıxardıblar. Çətin bir də belə kanallara müsahibə versin. Ərköyün uşaqlar kimi öyrəşmişdi tərifli şablon suallara… Suallardan görünür ki, deyəsən avropalılar doğrudan özlərini düzəldiblər, day pul-zad almırlar…

“Bizim axırımız nə olacaq görəsən?”. Ali Akbar adlı istifadəçi şərhini belə təlaşla başlayır: “Adam rəsmən bizə deyir ki, əkilin, başımdan gedin. Özüm bilərəm. Özü də həmişəki kimi xalqın iradəsinə, onun dəyərlərinə – filan istinad edir. Necə deyərlər…”

“Vətəndaş” da “Ali Akbar”la həmrəydir: “Həqiqətən kral kimi suallara cavab verib. Bu da bizim gələcəyə ümidimiz”.

Turqut isə Azərbaycan xalqına təsəlli verib: “Allaha şükür edin ki, Ilham müəllim 700 min yeni iş yerlərindən danışmayıb. Yoxsa bütün Avropada məzhəkə mövzusuna dönərdik”.

Qorqud adlı istifadəçi məyusluq içində yazır: “Bu intervünü oxuyandan sonra mən çox utandım və yer yarılsaydı, girərdim ora. Bu intervü bizim bərbad mənəvi vəziyyətimizin tam mahiyyətini üzə çıxarır”.

Eldar adlı soydaşımız Rusiyadan Ilham Əliyevi qınağa tutur: “Əliyev öz çıxışı ilə özünü ifşa edir. Sual olunur, siz özünüzə ömürlük prezident olmaq üçün yol açmaqla demokratik prinsipləri pozmursunuzmu?” Cavab: “Avropada kral var və baş nazir də istədiyi qədər vəzifədə qala bilər və ölkəni idarə edir. Biz də irad tuta bilərik, amma sizin daxili işlərinizə qarışmırıq”. Çox gülməli bir müqayisədir. Azərbaycanda baş nazir heç kimdir. Nazirlər dəyişmir və oliqarxa çevriliblər, seçkilərdə saxtakarlıq, ölkədə özbaşınalıq və rüşvətxorluq öz həddini keçib. Xalqın yaşayış səviyyəsi heç də ürəkaçan deyil. Rayonlarda ailə başçılarının 30-40%-i ailəsini saxlamaq üçün ölkədən kənarda işləməyə məhkumdur. Cənab prezident aylarla, bəzən illərlə ailəsinin üzünü görə bilməyənlərin evini dolandırmaq üçün xaricə üz tutmağını bəlkə yaxşı hal hesab edir? Bəs gənc ailə və ya uşaqların ata tərbiyəsi? Nə isə, bu millətinki qalıb allaha, Əli Həsənazın (Əli Həsənov) və bu kimi düşünənlərin sayəsində daha da inkişaf edəcəyik”.

“Ilham Əliyevin iç siyasətindəki yalanlar, qeyri-səmimilik, xalqın düşdüyü acınacaqlı vəziyyətə sinik münasibət onu sürətlə xalqdan daha da uzaqlaşdırır. Əslində, heç vaxt o xalqa yaxın olmamışdır. Belə çıxışları ilə xalqın yarasına lap elə bil ”duz basır”. Bu vəziyyət çox acınacaqlı və düşündürücüdür. Bu şəkildə “stabillik” çox davam edə bilməyəcək”, – bunları isə “Müəllim” yazıb.

Aynur isə dəqiqləşdirmə aparıb: “Ilham Əliyev düz deyir, o kral deyil. O, şahdır”.

Aleksandr adlı istifadəçi isə hamını təmkinli olmağa səsləyib: “Bundan artıq nə gözləyirdiniz, bundan qabaq bu tipli intervü Nazarbayevdən də alınmışdı. Demək olar ki, hər iki lider eyni tipdə danışırdı. Əla, çox gözəl, yəqin, bundan sonra Avropa biləcək kiminlə danışır”.

Xarkovdan “Asen” müsahibəyə lap ürəkdolusu şərh yazıb: “Əliyev təbii ki, öz hakimiyyətini tərifləməlidir və bunu da edir. Amma millətin günü-güzəranı göz qabağındadır. Bu tayfa artıq 40 ildir Azərbaycanı ”toçka” kimi fırladır və bunu bütün dünya bilir. Ölkə əhalisinin 85-90 % yoxsulluq səviyyəsində yaşayır, böyük bir qismi isə, çörək dalınca Azərbaycanın hüdudlarından çox-çox uzaqlara səpələnib. Əliyevin yeritdiyi iqtisadi siyasətin əsasını korrupsiya və rüşvətxorluq təşkil edir. O isə inkişafdan, həyat səviyyəsinin yüksək olmasından, xalqın seçim etmək hüququndan, demokratiyadan dəm vurur. Elə bilir ki, “Euronews”un müxbiri Azərbaycanda baş verənlərdən xəbərsizdir”.

Zaur adlı istifadəçi isə prezidentin ənənəsinə sadiq qalaraq rəqəmləri təhrif etməsini qeyd edib: “O, həmişə olduğu kimi bu dəfə də müsahibəsində xeyli yanlışlıqlara yol verir. Əvvəla 2009-cu ildə Azərbaycanda inflyasiya 1.5 % yox, minimum 3% olub. Ölkənin valyuta ehtiyatı bu günə qədər 17 milyard dolları keçməyib. Bütün dünya ölkələrinin qlobal böhran şəraitində yaşadığı bir vəziyyətdə korrupsiya çirkabına batmış Azərbaycanda güclü iqtisadi inkişafın olması fikri ən azı gülünc görünür. I.Əliyevin Azərbaycanda azad seçki hüququnun mövcud olması fikrinin yalan olmasını bütün dünya bilir. Azərbaycandakı polis rejimi var qüvvəsi ilə demokratik düşərgəni sıxışdırması nəticəsində müxalifətin xeyli zəif olması və bu işdə hakimiyyətin heç bir günahı olmaması fikri ən azı gülünc görünür”…

Polad Bülbüloğlu İlham Əliyevin qəzəbinə gəldi
Dövlət başçısı onu təbrik belə etmədi

Azərbaycanın mədəniyyət xadimi, Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 65 yaşı tamam oldu. Amma maraqlıdır ki, Polad müəllimə təmsil olunduğu hakimiyyət yetərincə qiymət vermədi. Ən azı Rusiyadakı səfirimiz “Istiqlal” ordeninə layiq görülə bilərdi.

Çünki yubiley yaşı idi. Bəs Bülbüloğlu nədən buna layiq görülməyib?

Dünən bu məqamla bağlı ilginc məlumat almışıq. Mənbənin dediyinə görə, buna səbəb Polad bəyin yubileyindən üç gün əvvəl özünə Moskvada təmtəraqlı ad günü keçirməsi imiş. Moskvanın bütün estrada elitasını, Bakıdan olan dostlarını yerli restoranlardan birinə yığan Bülbüloğlu əməllicə əylənib. Hətta Bakıdan göbək rəqsi oynayan rəqqasələr belə törəndə çıxış ediblər. Bu barədə isə ölkə başçısı Ilham Əliyevə məlumat verilib.

Məlum olduğu kimi, məmurların özlərinə təmtəraqlı ad günü keçirməsi Ilham Əliyevin həssas yerlərindən biridir. Bir qədər əvvəl Naftalanın icra başçısı Musa Musayevin, ondan da əvvəl başqa bir nazir müavininin, daha əvvəl isə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin ad günündə yaşanan təmtəraq onu qıcıqlandırmış və bu tip törənlərə son qoyulmasını Ramiz Mehdiyevə tapşırmışdı.

Moskvadakı mənbəmizin dediyinə görə, Rusiya paytaxtında keçirilən mərasimlə bağlı prezidentə məlumat verilib. Iki gün əvvəl isə Polad bəyə “Istiqlal” ordeni – yeri gəlmişkən, məşhur xanəndə Əlibaba Məmmədovla birgə – verilməli idi. Amma Moskvadakı “tusovka”dan xəbər tutan ölkə başçısı bundan çəkinib.

Xatırladaq ki, gəncliyi ötən əsrin 70-80-ci illərinə təsadüf etmiş bizim nəsil Polad Bülbüloğlunun parlaq yaradıcılığını yaxşı xatırlayır. Bu qeyri-adi istedad sahibi böyük bir ölkənin – Sovetlər Birliyinin estrada səmasında ən parlaq ulduzlardan idi. Qəlb oxşayan mahnıları ilə çoxmilyonlu və çoxmillətli auditoriyanın qəlbini fəth etmişdi. Müslüm Maqomayev kimi onun da adı ölkə gəncləri arasında gözəllik, sevinc və məhəbbət rəmzinə çevrilmişdi. Paytaxt Moskvadakı çoxsaylı konsertlərdə Müslüm Maqomayev, Iosif Kobzon, Lev Leşşenko, Eduard Xill, Alla Puqaçova, Lüdmila Zıkina, Sofiya Rotaru, Bella Rudenko və başqa ulduzlarla birlikdə çıxış edirdi. O bir çox ölkələrdə Azərbaycan musiqi mədəniyyətini layiqincə təqdim etmişdi. Xaricdə dünya şöhrətli musiqiçi kimi qarşılanır, konsertləri yüksək səviyyədə keçirdi.

Maraqlıdır ki, Ilham Əliyevdən fərqli Rusiya prezidenti Dmitri Medvedev Polad Bülbüloğlunu 65 illiyi münasibətilə təbrik edib. Prezidentin təbrik teleqramında Polad Bülbüloğlunun səfir kimi iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib.

“Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi siz ölkələrimiz və xalqlarımız arasında dostluq, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün çox şey edir, MDB məkanında çoxtərəfli humanitar əməkdaşlığın genişləndirilməsinə böyük diqqət ayırırsınız. Bu cür məsuliyyətli işdə uğur qazanmaq üçün sizə böyük təcrübə, mürəkkəb məsələlərin həllinə yaradıcı yanaşmaq bacarığı və əlbəttə ki, sizin tanınmağınız kömək edir. Axı Sizi – istedadlı bəstəkar və müğənnini yalnız Rusiya və MDB-də yox, dünyanın bir çox ölkələrində tanıyırlar”.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill də Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edib. “Müstəqil Dövlətlər Birliyi məkanında sizi yalnız istedadlı müğənni, bəstəkar və aktyor kimi yox, həm də Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verən müdrik dövlət xadimi kimi tanıyırlar. Sizin yaradıcılığınız musiqi və kinematoqrafiya tarixində xüsusi səhifədir. Diplomatik fəaliyyətiniz isə Rusiya ilə Azərbaycanın münasibətlərinə müsbət dinamizm verir, dinlərarası və millətlərarası dialoqun inkişafına xidmət edir”.

Səbuhi Məmmədli

Rusiya Azərbaycana qoşun yeridə bilər
Dmitri Medvedevin yeni Hərbi Doktrinanı imzalaması bundan xəbər verir

Rusiya prezidenti Dmitri Medvedev yeni Hərbi Doktrina və “2020-ci ilə qədər nüvə hücumundan müdafiə sahəsində dövlət siyasətinin əsasları”nı təsdiqləyib. “RIA Novosti”nin məlumatına görə, D.Medvedev bunu Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə deyib. Müşavirədə baş nazir Vladimir Putin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml administrasiyasının rəhbəri Sergey Narışkin, baş nazirin müavini Sergey Sobyanin, müdafiə naziri Anatoli Serdyukov, daxili işlər naziri Rəşid Nurqəliyev, Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov, parlamentin hər iki palatasının sədrləri Sergey Mironov və Boris Qrızlov iştirak edib.

Qeyd edək ki, sənəddə Rusiyanın başlıca düşməni NATO-nun genişlənməsi və Raketdən Müdafiə Sistemləri göstərilib. Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Medvedev bildirib ki, sənəddə 2020-ci ilə qədərki əsas təhlükələrin sırasında ilk yer NATO-ya verilib.

Sənəddə deyilir ki, Rusiya ona və müttəfiqlərinə qarşı nüvə hücumuna eyni həcmdə nüvə zərbələri ilə cavab vermək hüququnu özündə saxlayır. Prezident Medvedev bildirib ki, Rusiyaya qarşı genişmiqyaslı müharibənin başlanması ehtimalı az olsa da, bir sıra istiqamətlərdən Rusiya Federasiyasına qarşı hərbi hücumlar güclənməkdədir.

Yeri gəlmişkən, “Guardian” qəzeti yazır ki, sənəddə Amerikanın raketdən müdafiə proqramının Rusiyanın üzləşdiyi ən əsas problemlərdən biri olduğu deyilir. Təhlükəsizlik strategiyasında Yaxın Şərq, Mərkəzi Asiya və Xəzər dənizi ilə yanaşı Arktik bölgə də yeni potensial münaqişə bölgəsi kimi nəzərdən keçirilir.

Sənəddə deyilir ki, “Resurslar uğrunda mübarizə problemlərin həlli üçün hərbi qüvvədən istifadəni istisna edə bilməz” və əlavə olunur ki, “Rusiya Federasiyasının sərhədləri yaxınlığında mövcud güc balansı və onun müttəfiqləri pozula bilər”.

“Guardian” qəzeti yazır ki, sənəd keçən onillik boyunca Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin kəskin pozulmasını göstərir. Kremlin sonuncu milli təhlükəsizlik strategiyası Boris Yeltsinin xələfi Vladimir Putin hakimiyyətə gələndən bir qədər sonra (2000-ci ilin yanvarında) qəbul olunub.

Sənəddə ölkənin təhlükəsizliyinə əsas təhdidin terror olduğu bildirilir və Çeçenistanda separatçılara qarşı aparılan mübarizə həmin “terror müharibəsi”nin bir hissəsi kimi qələmə verilir.

Çeçenistan məsələsi indi müəyyən qədər həll olunub və artıq Rusiya öz strateji maraqlarını dəyişib. Moskvanın ən çox ehtiyat etdiyi ABŞ-la Rusiyanın hərbi qüvvələri arasında boşluğun genişlənməsi və tükənən neft və qaz uğrunda mübarizənin kəskinləşməsidir.

Moskvadakı müdafiə məsələləri üzrə ekspert Ruben Sergeyevin “Azadlıq” radiosuna dediyinə görə, “Yeni doktrina göstərir ki, Rusiyaya qarşı əsas təhdid Qərb ölkələrinin fəaliyyətidir”.

Ekspertin fikrincə, “Rusiya ABŞ-la hərbi sahədə boşluğun genişlənməsindən və Amerikanın yeni silah sistemi yaratmaqla, Rusiyanın nüvə potensialını azaltmaq, Rusiya sərhədi yaxınlığına və kosmosa yerləşdirmə cəhdindən ciddi narahatdır”.

Rusiyanın Milli Təhlükəsizlik Strategiyasının müəllifi, Putinin yaxın müttəfiqi və Rusiya Federal Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Nikolay Patruşev isə deyib ki, Amerikanın Rusiya sərhədlərində hərbi infrastruktur yerləşdirməsi qəbuledilməzdir. “Izvestiya” qəzetinə müsahibəsində Patruşev bildirib ki, Kreml “məqsədyönlü və praqmatik xarici siyasətini davam etdirəcək, qarşıdurmaya getməyəcək”.

Bir neçə gün əvvəl Münhendə keçirilən təhlükəsizlik sammitində NATO-nun baş katibi Fogh Rasmussen REUTERS agentliyinə müsahibəsində bildirib ki, NATO-nu hədəf kimi göstərən yeni sənəd ikitərəfli əlaqələrə xələl gətirəcək.

“Newsru.com” saytının xəbərinə görə, hərbi doktrinada NATO-nun “öz güc potensialından qlobal funksiyaları beynəlxalq hüququn normalarını pozmaqla yerinə yetirməyə çalışması, NATO üzvü olan ölkələrin hərbi infrastrukturunu blokun genişləndirilməsi yolu ilə RF sərhədlərini çatdırmaq cəhdi” xarici təhdidlər sırasına aid edilib.

Xarici təhdidlər arasında həmçinin RƏM (raket əleyhinə müdafiə) sistemlərinin çoxaldılması, kosmik məkanın hərbiləşdirilməsi, yüksəkdəqiqlikli strateji qeyri-nüvə silahlarının artırılması da var.

Hərbi təhdidlərə RF və onun müttəfiqlərinin ərazilərinə iddialar, onların daxili işlərinə qarışmaq aid edilib. Bundan başqa, Rusiyanın yeni hərbi doktrinasına görə, “Rusiya və onun müttəfiqləri ilə həmsərhəd ölkələrin ərazisində xarici dövlətlərin hərbi kontingentinin yerləşdirilməsi, BMT Nizamnaməsini və beynəlxalq hüququn digər normalarını pozmaqla RF ilə həmsərhəd olan ölkələrdə hərbi qüvvənin tətbiqi, beynəlxalq terrorizmin yayılması” da hərbi təhdidlər siyahısına aiddir.

Əsas daxili təhlükə isə ölkənin konstitusion quruluşunu devirmək, suverenliyini və ərazi bütövlüyünü pozmaqdır.

Sənəddə həmçinin deyilir: “Rusiyaya qarşı adi silahları və nüvə silahını tətbiq etməklə irimiqyaslı müharibəyə başlanılması ehtimalının azalmasına baxmayaraq, bir sıra istiqamətlərdə RF üçün hərbi təhlükələr artır”.

Hərbi doktrinada həmçinin vurğulanır ki, bir çox regional münaqişələr həll edilməmiş qalır və münaqişələrin, o cümlədən Rusiya ilə həmsərhəd olan regionlardakı konfliktlərin güc yolu ilə həlli tendensiyası var.

Sənəddə deyilir ki, “beynəlxalq təhlükəsizliyin mövcud arxitekturası, beynəlxalq hüququn mexanizmləri də daxil olmaqla, bütün dövlətlərin bərabər təhlükəsizliyinə təminat vermir”.

RF-nin hərbi doktrinasında bəyan edilir ki, dünyada baş qaldıracaq hərbi konfliktlər “onların peyda olmasına görə proqnozlaşdırılmayan” kimi xarakterizə ediləcək, nüvə silahı isə onların qarşısını almaq üçün mühüm faktor olaraq qalacaq.

Kreml hesab edir ki, “strateji təşəbbüsə sahib olmaq, yerdə, dənizdə və hərbi-kosmik məkanda üstünlüyü təmin etmək qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində həlledici faktor olacaq”.

Rusiyanın yeni hərbi doktrinasından belə görünür ki, Kreml yenidən dünyaya meydan oxumaq istəyir.

Səbuhi Məmmədli

Ramiz Mehdiyev iri məmurları “vurdu”
PA rəhbəri Ziya Məmmədovla Kəmaləddin Heydərovu dövlət başçısının tapşırığına əməl etməməkdə suçlayıb

Hava şəraitinin kəskin pisləşməsi nəticəsində ənənəvi problemlərin yenidən qabarmasilə məmurlar üz-üzə gəldi. Daha doğrusu, uzun müddətdir ki, qarşıdurmada olan məmurlar məsuliyyəti bir-birlərinin üzərinə atmaqla qisasçılığa başladılar. Nəticədə isə problemlər həll olunmamış qalıb.

Hələ Azərbaycan Dövlət Neft Akademiyasındakı terror hadisəsindən sonra dövlət başçısı Ilham Əliyev ölkədə fövqəladə hal yaranarkən qərargahlar təşkil etməyi tapşırmışdı. Bu dəfə hansısa terror hadisəsi baş vermədi. Təbiətin sərt üzü ölkəni iflic etdi. Vəziyyət xeyli dərəcədə fövqəladə idi, amma hansısa səbəbdənsə dövlət başçısının tapşırığına əməl edilmədi. Yəni, qərargahlar təşkil olunmadı, problemlərin operativ şəkildə aradan qalxması üçün dövlət qurumlarının birgə fəaliyyəti nəzərə çarpmadı. Əldə etdiyimiz məlumata görə, ölkəyə qayıdan Ilham Əliyev bu məsələ ilə maraqlanıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısına ölkədəki vəziyyətlə bağlı məruzə edərkən, onun tapşırığına əməl edilməməsini məmurlar arasındakı ziddiyyətlərlə izah edib. Ramiz Mehdiyevin konkret adlar çəkdiyi də bildirilir. Məlumatlara görə, PA rəhbəri məsuliyyəti xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun üstünə atıb. Təbii ki, Ramiz Mehdiyev dövlət başçısına məruzəsində öz maraqlarını da unutmayıb. Oxucuların diqqətinə çatdıraq ki, həm Ziya Məmmədov, həm də Kəmaləddin Heydərov PA rəhbərinin bir nömrəli rəqibləridir. Yeri gəlmişkən, bazar günü Ramiz Mehdiyevin nəzarətində olan telekanallardan biri növbəti dəfə Ziya Məmmədovu tənqid atəşinə tutdu. Nəqliyyat sahəsindəki “bespredelliyə” həsr olunmuş həmin sujetdə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Trans-qeyt” şirkətinin hoqqalarından da bəhs edildi. Qısası, Ramiz Mehdiyev Ziya Məmmədovu vurmaq üçün əlinə düşən fürsətdən yetərincə yararlandı. Iddia oluna bilər ki, bu sujet telekanalın özfəaliyyətidir. Buna inanmaq olardı, əgər həmin telekanalın rəhbərinin Ziya Məmmədovun sağ əli hesab edilən “Azəryolservis”in rəhbəri Cavid Qurbanovla sıcaq münasibətləri olmasaydı. Ən azı buna görə telekanal rəhbəri Ziya Məmmədovun “vurulmasına” icazə verməzdi. Deməli, tapşırıq “yuxarıdan” gəlib…

Informasiya şöbəsi

Rusiya İrana qarşı daha sərt sanksiyalar tələb edir
Moskva Qərbin Tehran əleyhinə kampaniyasına qoşulmaq siyasətini gücləndirir

Rusiya Dövlət Dumasının xarici əlaqələr komissiyasının rəhbəri Konstantin Kosaçev bütün dünyanın İranın nüvə proqramıyla bağlı “sərt və aydın” mesajlar verməyə çağırıb. Kosaçev deyib ki, İranın fevralın 7-də açıqladığı uranı daha da zənginləşdirmək planının əvəzində Tehrana qarşı daha sərt və sıx iqtisadi sanskiyalar tətbiq eləmək lazımdır. Qərb İranın nüvə proqramına uzun müddət idi ki, qarşı çıxırdı. Ancaq Rusiya rəhbərliyi İrana atom elektrik stansiyası tikməyə yardım eləyirdi. Ancaq son aylar Rusiya da İrana qarşı daha sərt sanksiyaları dəstəkləyən açıqlamalar verir (“Azadlıq” radiosu).

İranda müxalifətə qarşı yeni həbslər
Keçmiş nazir müavini 6 il iş aldı; 10 jurnalist həbsə göndərildi

İranın keçmiş xarici işlər nazirinin müavini Möhsin Əminzadə 2009-cu il prezident seçkilərindən sonra baş vermiş toqquşmalarda rol aldığı ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.

İran xəbər agentliyi ISNA xəbər verir ki, Əminzadə “qanunsuz nümayişlərdə iştirak, ölkənin təhlükəsizliyinə zərbə vurmaq niyyəti və xarici mediada rejimə qarşı təbliğat aparmaqda” günahlandırılır.

Əminzadə ötən ilki seçkilərdə müxalifət lideri Mirhüseyn Musəvini dəstəkləyib və nəticələrə qarşı etiraz aksiyalarında fəal iştirak etmişdi.

Bu arada İranda 10 nəfər jurnalistin də həbs olunduğu xəbəri yayılıb. Məlumatlara görə, bununla da son vaxtlar həbs olunan jurnalistin sayı 55-ə yüksəlib.

İranın islahat tərəfdarı saytlarında yazılanlara görə, son iki günde həbs olunan 10 jurnalist arasında 1 nəfər fotoreportyor da var. Həbs olunan jurnalistlərdən biri isə müxalifət liderlərindən Mehdi Kərrubiyə yaxınlığı ilə tanınan “İran Doht” jurnalının redaktor müavini Əkbər Muntacebidir.

Parlamentdəki islahatçı azlığa məxsus “Parleman News” saytı isə ötən gün qadın jurnalistlərdən birinin həbs edildiyini yazıb. Onun həmin 55 nəfər içərisində olub-olmadığı bilinmir.

İnformasiya şöbəsi

Müxalifət liderləri Norveçin ədliyyə naziri ilə görüşüblər
Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Norveç Krallığının Azərbaycanda səfərdə olan ədliyyə naziri Kunt Storberqtlə görüş keçiriblər. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, Norveçin Azərbaycandakı səfirliyində ədliyyə nazirinin təşkil etdiyi ziyafətə dəvət olunan müxalifətçilər norveçli qonaqla Azərbaycandakı ictimai-siyasi vəziyyət mövzusunda fikir mübadiləsi aparıblar. Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyətə diqqət yetirən müxalifət təmsilçiləri ölkənin demokratikləşməsinə Norveçin verdiyi dəstəyi xüsusi qeyd ediblər. Bununla bərabər onlar Azərbaycana beynəlxalq diqqətin daha da artırılması və effektli tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Ziyafətdə Norveç tərəfdən bu ölkənin ədliyyə naziri, onun müavini, nazirliyin şöbə müdirləri, Norveçin Azərbaycandakı səfiri, müxalifət partiyalarından isə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan və VİP sədri Əli Əliyev iştirak edib.